Ucuz evlərin BAHALI PROBLEMLƏRİ – “Azərbaycanda 700 mindən çox sənədsiz əmlak var”

Ucuz evlərin BAHALI PROBLEMLƏRİ – “Azərbaycanda 700 mindən çox sənədsiz əmlak var”

Hazırda oxunan: Ucuz evlərin BAHALI PROBLEMLƏRİ – “Azərbaycanda 700 mindən çox sənədsiz əmlak var”

106948

Ucuz qiymətə ev elanları olduqca şirinikləşdirici görünür. Məsələn, Bakının Bayıl qəsəbəsində 20-ci sahə adlanan yerdə sahəsi 80 m² olan dördotaqlı ev 35 min manatdır. Qeyd edilib ki, evin “kupçası” var, dayanacağa da yaxındır.

Daha bir ev isə 35 min manatadır. Sahəsi 100 m² olan mənzilin 2 mərtəbəli və təmirli olduğu qeyd edilib. Digər ev isə 15 min manatadır. Sahəsi 30 m² olan mənzilin orta təmirli olduğu bildirilib.
Bizim.Media-nın əməkdaşı alıcı kimi bu cür elanlarda qeyd olunmuş nömrələrdən bir neçəsi ilə əlaqə saxlayıb. Əmlakçılar bildiriblər ki, evlərin sənədi olmasa da, qaz, su, işıq sayğaclarını öz adlarına keçirməklə “problemsiz” yaşaya bilərlər.

Qiymətlərin niyə belə ucuz olmasına qaldıqda isə müxtəlif – avtobus dayanacağına uzaq olması, təmirsizliyi və ya az təmirli olması kimi səbəblər göstərilib. Əmlakçılar sonda isə vurğulayıblar ki, evə yerində baxıb elə qərar vermək məsləhətlidir.

Bu cür elanlarla maraqlananlar isə deyirlər ki, qiymətlərin ucuz olmağı müəyyən şübhələr doğursa da olduqca şirinikləşdirici təklif kimi diqqət çəkir.

Bəs bu cür təkliflər nə qədər realdır? Bu qəbildən olan elanlara inanıb maraqlananlar, almaq barədə düşünənlər nələrə diqqət etməlidirlər?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov suallarımızı cavablandırarkən bildirib ki, evlərin ucuz olmasının ən önəmli səbələrindən biri çıxarış sənədinin olmamasıdır ki, bu da ciddi problemlər yaradır:

“Həmin evlərin alınması risklidir. Sənədsiz evlər ucuz olsalar da, vətəndaşlar qeydiyyata düşməkdə, uşaqlarını bağçaya, məktəbə yazdırmaqda problemlə qarşılaşırlar. Eyni zamanda tibbi xidmətlərdən faydalana, səs vermə hüququndan istifadə edə bilmirlər”.

Ekspert qeyd edib ki, ikinci səbəb isə həmin evlərin qüsurlu olmasıdır:

“Məsələn, ərazidə qrunt sularının üzdə olması, qışda subasma halları, rütubət, qaz, su, işıq problemi və s. Bəzi ərazilər var ki, orada su, qaz, işıq təchizatı olsa da, kanalizasiya olmadığına görə, vətəndaşlar quyulardan istifadə edirlər. Elə yerlər də var ki, orada qaz, su, işıq problemi mövsümdən asılı olaraq dəyişir.
Məsələn, yayda su, qışda qaz problemi yaşanır. Bütün bunlarla yanaşı bəzi yerlərdə nəqliyyat, yol problemi də olur. Ucuz evlərin çoxunda dam örtüyünün izoliyasiyası ilə bağlı problem olur. Belə evlər yayda həddindən artıq isti, qışda isə soyuq olur. Bu da qış fəslində evin qızdırılması ilə bağlı ciddi problem yaradır”.

Elnur Azadov qeyd edib ki, hazırda ölkədə qeyri-rəsmi statistikaya görə, hüquqları tanınmayan, sənədsiz 700 mindən çox müxtəlif daşınmaz əmlak var. Bunların da çoxu fərdi yaşayış evləridir.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO