Yeni ildə əfv OLACAQMI? - Komissiya üzvündən AÇIQLAMA

Yeni ildə əfv OLACAQMI? - Komissiya üzvündən AÇIQLAMA

Hazırda oxunan: Yeni ildə əfv OLACAQMI? - Komissiya üzvündən AÇIQLAMA

106916

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının imzalanacağı barədə xəbərlər dolaşır. Qarşıdakı bir ayda Əfv Komissiyasının və İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclaslarının intensivləşəcəyi bildirilir. Əlbəttə ki, hər bir halda bu səlahiyyət cənab prezidentə məxsusdur.

Əfv Komissiyasının üzvü Rəşad Məcid Bizim.Media-ya açıqlamasında məsələni belə cavablandırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Əfv Sərəncamının icrasına başlanılıb 


“Əfv Komissiyasının iclasları adətən yanvar ayının sonlarında başlayır, ay yarım davam edir və cənab prezidentə təqdim olunur. Əfv sərəncamı imzalamaq prezidentin müstəsna hüququdur. Son illərin təcrübəsi göstərir ki, Əfv Komissiyası adətən fevral-mart aylarında işləyir. Mart-may aylarında əfv sərəncamları olur”.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev açıqlama vermişdi ki, "Heydər Əliyevin anadan olmasının 100 illiyi və Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il "Heydər Əliyev İli"nin elan olunması ilə əlaqədar növbəti ilin may ayı ərəfəsində cənab Prezident tərəfindən böyük əfv sərəncamı imzalana bilər.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO