Deputatdan Təhsil Nazirliyinə SƏRT TƏNQİD: “Bu qədər saymamazlıq haradan qaynaqlanır?”

Deputatdan Təhsil Nazirliyinə SƏRT TƏNQİD: “Bu qədər saymamazlıq haradan qaynaqlanır?”

Hazırda oxunan: Deputatdan Təhsil Nazirliyinə SƏRT TƏNQİD: “Bu qədər saymamazlıq haradan qaynaqlanır?”

106872

“Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha da pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Razi Nurullayev səsləndirib.

“İmişlidə işə ehtiyacı olanlar qapımızı döyür, İcra Hakimiyyətinin qarşısına toplanır. Niyə həll etmirsiniz? Atama, qardaşıma, bacıma, qohum-əqrəbama görə xahiş etmirəm ki. İmişlidə neçə aylardır ki, yalnız texniki işlər üzrə 38 vakansiya var.
Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz?”, - deyə deputat əlavə edib.

Millət vəkili qeyd edib ki, Elm və Təhsil Nazirliyində təhsil naziri ilə danışmaq problemi yoxdur:

“Amma neçə aylardır ki, zəng etmirəm, məktub göndərmirəm və etməyəcəm də. Əgər hər şey havadan asılı qalırsa, nə mənası? Ümumiyyətlə, bir sıra hallarda dövlət qurumlarının birinci şəxsləri ilə danışanda problem həll olunmur, əksinə daha çətinə düşür.

Düzdür, il yarım öncə hörmətli nazirdən bir dəfə bir kimsəsiz gənc xanımı xahiş etmişəm və onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı.

Xahiş etdiklərim, əsasən təhsili olan kimsəsiz gənc xanımlardır. Çünki ya onların həyatını iş verməklə xilas edəcəksən, ya da onlar zalım dünyanın burulğanına düşüb məhv olacaqlar. Axı vakansiya ola-ola aylarla, illərlə insanları incitməyə nə ad vermək olar?”.

Razi Nurullayev bildirib ki, Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilir:

“Digər müavinlər telefonu da qaldırmırlar, hörmətsizlik edirlər. Bir də Bakı Təhsil İdarəsinin müdiri hörmətli Mehriban Vəliyeva ilə danışmaq və haqlı məsələləri həll etmək olur. Hər ikisinə təşəkkür edirəm.
Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm, çox. Deyim ki, elmimiz və təhslimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünə güvən, saymamazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO