Nazirlik bu pensiyaçılara müraciət etdi

Nazirlik bu pensiyaçılara müraciət etdi

Hazırda oxunan: Nazirlik bu pensiyaçılara müraciət etdi

10680

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən, pensiya əlavələrinin əvəzinə eyni məbləğdə Prezidentin aylıq təqaüdü təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, təqaüdün təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada (vətəndaşın müraciəti olmadan) həyata keçirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Nazirlik Prezident təqaüdü alan şəxslərə müraciət etdi


Hər hansı səbəbdən proaktiv təyinat aparılmamış bu kateqoriyadan olan vətəndaşlara Prezidentin təqaüdünün təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə aşağıdakı sənədlərlə müraciət etmələri tövsiyə olunur:
 

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Əmək kitabçasının surəti;

- Elmi dərəcəsini təsdiq edən sənədin surəti.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO