Aliment Fondunun yaradılması ilə bağlı məsələ yenidən aktuallaşıb. İllərdir müzakirəsi gedən, amma reallaşdırılmasına dair ciddi addımlar atılmayan problemin həlli yubanır. Baxmayaraq ki, məsələ dəfələrlə parlamentin gündəliyinə çıxarılıb və mexanizmləri üzərində iş aparıldığı bildirilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Bizim.Media-ya açıqlamasında məsələyə yaz sessiyasında baxılacağını bildirib:
“Bu il Aliment Fondunun yaradılması məsələsi gündəlikdə yoxdur. Artıq dekabr ayının sonunda payız sessiyası öz işini bitirir. Yəqin ki, məsələyə yaz sessiyasında baxılacaq. Hesab edirəm ki, Aliment Fondu yaradılmalıdır. Çünki bu problem getdikcə artır və boşanan ailələrin sayı çoxalır. Azərbaycan məkanında daha çox aliment ödəməyən tərəf kişilərdir və uşaqların əksəriyyəti anaların himayəsində sosial-müdafiəsiz qalır.
Sadəcə olaraq uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi tapılmalıdır və müəyyən parametrlər müəyyənəşməlidir.
Aliment ödəyən tərəfin məsuliyyət məsələsi, vəsaitin necə alınması və mexanizmi tapılmalıdır ki, Fond yaranandan sonra işləyə bilsin. Belə çıxır ki, onların əvəzinə vicdanlı Azərbaycan vətəndaşının ödədiyi vergi hesabına pullar ödəniləcək. Bu da doğru deyil və digər seçicilərimiz bundan narazı qala bilərlər. Hökumət müxtəlif mövzular üzərində düşünür. Hər halda məsələ həllini tapar”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 29.11.2022
ALİMENT FONDUNUN yaradılması məsələsinə nə vaxt baxılacaq? – Deputat vaxtı AÇIQLADI
Hazırda oxunan: ALİMENT FONDUNUN yaradılması məsələsinə nə vaxt baxılacaq? – Deputat vaxtı AÇIQLADI
Hazırda oxunan: ALİMENT FONDUNUN yaradılması məsələsinə nə vaxt baxılacaq? – Deputat vaxtı AÇIQLADI
106753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.