Uşaq bağçalarına isti yeməklər VERİLƏCƏK

Uşaq bağçalarına isti yeməklər VERİLƏCƏK

Hazırda oxunan: Uşaq bağçalarına isti yeməklər VERİLƏCƏK

106294

"Bağçalarda uşaqların qida ilə təmin olunması 1994 -cü ilin normativi ilə həyata keçirilir. Yaxın vaxtlarda və mərhələlərlə uşaq bağçalarına verilən qida normativləri dəyişdiriləcək".

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, indiki normativlə ayrı-ayrı ərzaqların qramla qəbulu nəzərdə tutulub:

"Hesab edirəm ki bu, kalori ilə qəbul olunmalıdır. Qida standartlarının ilkin normativləri artıq hazırlanıb. Növbəti həftədən bağçalarda isti qidanın verilməsinə başlanılacaq. Təbii ki, uşağa uyğun qida ona çatdırılmalıdır. Nazirlik olaraq bu işləri pilot olaraq görülür. Növbəti həftədən 50-yə yaxın bağçaya isti yeməklər veriləcək. Daha sonra bu say 100-ə artırılacaq".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO