Nazirdən səsyazısı yayılan direktorun yeni təyinatına REAKSİYA 

Nazirdən səsyazısı yayılan direktorun yeni təyinatına REAKSİYA 

Hazırda oxunan: Nazirdən səsyazısı yayılan direktorun yeni təyinatına REAKSİYA 

106292

"45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə təyin edilməsi səhv qərar deyil".

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə adı qalmaqallarda çəkilən məktəb direktoru ilə bağlı məsələyə münasibət bildirərək qeyd edib. 

Nazir direktorların bir illik, müvəqqəti təyin olunduğunu və təcrübələrinə, eləcə də nəticələrinə nəzarət edildiyini bildirib:

"Direktorla bağlı neqativ hal olanda araşdırılır. Bəzən xüsusi hallar olur. Bunlar həssas qruplardır. Nəcibə Axundovaya daha bir imkan vermək qərarına gəldik. Zaman nəticəni göstərəcək. Direktora verilən şansın müəyyən əsası var. Lakin bu hər kəsə aid deyil və istisnalar var".

Xatırladaq ki, bir müddət əvvəl səs yazısı yayılan direktor məktəbdə təhsil alan şagirdlərin valideynlərindən pul tələb etməkdə ittiham olunurdu.
Səs yazılarının ictimailəşdirilməsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi N.Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini açıqlamışdı. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO