"Qadınlar onlara edilən zorakılıqları gizli saxlayır" - Sədaqət Qəhrəmanova  

Hazırda oxunan: "Qadınlar onlara edilən zorakılıqları gizli saxlayır" - Sədaqət Qəhrəmanova  

106224

"Bəzi hallarda qadınlar onlara qarşı edilən zorakılıq hallarını gizli saxlayırlar".  

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası Media müstəvisində" adı altında keçirilən tədbirdə deyib.  

Onun sözlərinə görə, zorakılıq hallarının gizli saxlanması məsələnin ciddi xarakter almasına və günahkarların məsuliyyətə cəlb edilməsinin gecikməsinə səbəb olur.  

S.Qəhrəmanova qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin və medianın rolunu yüksək qiymətləndirib. Həmçinin preventiv tədbirlər görülməsini vacib hesab etdiyini bildirib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO