"Azərbaycanda məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, rəqəmlərin artması insanların maariflənməsi ilə bağlıdır:
"Əvvəllər insanlar o qədər zorakılıqla bağlı məsələdə maariflənmirdi və bu tip məqamlar gündəmə çıxmırdı. İndi isə zorakılıqla bağlı hər an qadınlar Komitəyə müraciətlər edir. Bu hal getdikcə artacaq. Amma bu müraciətlər yalnız fiziki zorakılıq faktları ilə əlaqədardır. Mənəvi, psixoloji zorakılıq, seksual qısnama halları hələ ki üstüörtülü qalır. Qadınlar bu məsələləri açıqlamaqdan çəkinirlər, iş yerlərini itirməkdən qorxurlar".
S.Qəhrəmanova onu da əlavə edib ki, sözügedən məsələdə yeni mexanizm işlənib hazırlanmalıdır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:29 / 25.11.2022
Azərbaycanda qadınlara qarşı zorakılıq halları ARTIB – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda qadınlara qarşı zorakılıq halları ARTIB – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda qadınlara qarşı zorakılıq halları ARTIB – RƏSMİ
106213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.