Şəkidə məktəbin tavanı uçub, 4 şagird xəsarət alıb - FOTO

Şəkidə məktəbin tavanı uçub, 4 şagird xəsarət alıb - FOTO

Hazırda oxunan: Şəkidə məktəbin tavanı uçub, 4 şagird xəsarət alıb - FOTO

106175

Şəki rayonunun ucqar Çayqaraqoyunlu kənd orta məktəbində bədbəxt hadisə yaşanıb.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, məktəbin plastikdən olan tavanı dərs zamanı uçaraq şagirdlərin üzərinə düşüb. Nəticədə 4 şagird müxtəlif bədən xəsarətləri alıb.

Dərhal hadisə yerinə həkim briqadası cəlb olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər evlərinə buraxılıb. 

Şəki-Zaqatala regional təhsil idarəsindən Bizim.Media-ya bildirilib ki, həmin məktəbin əsaslı təmirə ehtiyacı olması barədə müvafiq qurumlara əvvəldən müraciət olunub.

Eyni zamanda tədris ilinin əvvəlində məktəbdə cari təmir işləri aparılıb, növbəti il üçün də əsaslı təmir nəzərdə tutulur. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO