Kapital Bankın adından DƏLƏDUZLUQ - “Umico Bank” vətəndaşların pullarını belə MƏNİMSƏYİR

Kapital Bankın adından DƏLƏDUZLUQ - “Umico Bank” vətəndaşların pullarını belə MƏNİMSƏYİR

Hazırda oxunan: Kapital Bankın adından DƏLƏDUZLUQ - “Umico Bank” vətəndaşların pullarını belə MƏNİMSƏYİR

106067

İnstagramda “Umico Bank” adı altında fəaliyyət göstərən səhifə dələduzluqla məşğuldur.

Bununla bağlı Bizim.Media-ya vətəndaş şikayətləri daxil olub.

Bildirilir ki, “Umico Bank” Kapital Bankın adından istifadə edərək və rəsmi tərəfdaşlıqları olduğunu elan edərək vətəndaşlara istənilən məbləğdə saxta kredit təklif edir.

Onlayn xidmət göstərdiklərini bəyan edən “Umico Bank” kredit götürmək istəyən vətəndaşlara şirnikləndirici vədlər verərək, məbləğin hissələrlə qaytarılmasına şərait yaratdıqlarına, komissiya haqqı vermədən məbləğin birbaşa kartdan çıxarılması kimi güzəştlərə inandırırlar. Beləliklə də ilk fürsətdə tilovlarına düşən vətəndaşı kreditin rəsmiləşdirilməsinə cəlb edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlara XƏBƏRDARLIQ – Bank adından gələn mesajlarla EHTİYATLI OLUN


Bu minvalla vətəndaşların şəxsi məlumatlarını əldə edib adına kredit rəsmləşdirirlər, kartlarından kreditin məbləğindən çox pul çəkirlər. Hətta kredit müraciətində məbləğə görə komissiya haqqı da tuturlar.

Biz də öz növbəmizdə “Umico Bank”ın səhifəsindəki əlaqə vasitələri ilə əlaqə yaradaraq kredit şərtlərini öyrənməyə çalışdıq.

Cavabı olduğu kimi təqdim edirik:

“Umico Bank onlayn bank olduğuna görə, digər banklar kimi sizə nağd pul kreditini verə bilmədiyinə görə ondan heç bir komissiya haqqı tuta bilmir.

Kapital Bankla rəsmi tərəfdaş olduğuna görə həmin bankın vasitəsilə Sekret kart təqdim edir. “Umico Bank”ın şərtlərinə görə  hər bir kredit kartının içindəki məbləğə uyğun olaraq kredit təyin edilir. Biz həmin komissiya haqlarını sizə kredit kartı qiyməti olaraq təqdim edirik.

10 min manatlıq kredit kartının məbləği 200 manatdır. 200 manat ödədiyiniz təqdirdə sizə 10 min manatlıq kredit kartı təqdim olunur. İçindəki məbləği heç br komissiya tutulmadan nağdlaşdıra bilirsiz. 18 ay müddətində 5 faizlə geri ödəyirsiz. Aylıq ödənişiniz isə 584 manat olacaq”, -deyə səhifə rəsmisi qeyd edib.

Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında bildirib ki, Kapital Bankın rəsmi tərəfdaşı Umico şirkətidir:

“Onların onlayn alış-veriş platformasından Kapital Bank və BirBank müştəriləri istifadə edirlər. O ki qaldı “Umico Bank” adlı səhifəyə, biz onu bilmirik. O platformanı kim necə açıb, nələr vəd verir və kimlər idarə edir, heç bir fikrimiz yoxdur. Yaxşı olar ki, bununla bağlı hüquq mühafizə orqanları məlumatlandırılsın”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev isə vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib:

“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən vətəndaşlara şirnikləndirici vədlər verərək, müxtəlif üsullarla onları aldatmaqla pullarının mənimsənilməsi ilə bağlı polis orqanlarına müraciətlər daxil olur.
Hər bir müraciətlə bağlı polis əməkdaşları tərəfindən texniki əməliyyat axtarış tədbirləri keçirilməklə, şəxslər müəyyən olunur və barələrində qanunamüvafiq tədbirlər həyata keçirilir. Bir daha vətəndaşlara internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırırıq və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi , həmçinin sosial şəbəkələrdə “Polis Azərbaycan” rəsmi səhifələri vasitəsilə məlumat vermələri xahiş olunur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO