Masallıda yanğın baş verdi - Bir nəfər yandı 

Masallıda yanğın baş verdi - Bir nəfər yandı 

Hazırda oxunan: Masallıda yanğın baş verdi - Bir nəfər yandı 

10603

Masallı rayonunun Mollaoba kəndində yanğın olub.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə və 1-ci mərtəbəsində (qaraj kimi istifadə olunur) ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO