“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.
Bizim.Media manset.az-a istinadən xəbər verir ki, R.Rüstəmovun müvafiq əmri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olunan Rövşən Rüstəmov kimdir? – DOSYE
Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.
Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.
Bizim.Media