Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ OLUB - Ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ OLUB - Ölən var

Hazırda oxunan: Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ OLUB - Ölən var

105993

Gəncə şəhərində dəm qazından zəhərlənmə olub, ölən və yaralananlar var.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim. Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhərin Dədə Qorqud küçəsində dəm qazından zəhərlənmə faktı barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Araşdırmalar zamanı 2020-ci il təvəllüdlü Z.İsayevanın dəm qazından zəhərlənərək öldüyü, Zeynəb Musayeva, Dərya Musayeva, Fatimə Musayevanın isə zəhərlənməsi məlum olub.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu deyilir.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO