10 min manata partiya alması iddiasına Qubad İbadoğludan CAVAB

10 min manata partiya alması iddiasına Qubad İbadoğludan CAVAB

Hazırda oxunan: 10 min manata partiya alması iddiasına Qubad İbadoğludan CAVAB

105913

Hacıbaba Əzimovun rəhbəri olduğu Azərbaycan Milli Birlik Partiyasını 10 min manata satışa çıxardığı haqda məlumatın yayıldığını xəbər vermişdik. İddialara görə iqtisadçı Qubad İbadoğlu partiyanı almaq üçün Hacıbaba Əzimovla danışıb və tərəflər arasında razılaşma əldə olunub. 

Hərçənd ki, Hacıbaba Əzimov saytımıza açıqlamasında yayılan məlumatları təkzib edərək, ona bir şəkildə zərər vermək istəyənlərin olduğunu vurğulayıb. 

Olayda adıçəkilən iqtisadçı-ekspert Qubad İbadoğlu Bizim.Media-ya bu barədə münasibət bildirib.

İddialarla razılaşmayan Qubad İbadoğlu əsası olmayan xəbərilərin yayılmasını ona və Hacıbaba Əzimova ləkə vurmaq məqsədi ilə əlaqələndirib:

“Yayılan məlumatlar tamamilə saxtadır və dezinformasiyadır. Məqsəd Hacıbaba Əzimovun və mənim nüfuzuma  xələl gətirməkdir. Bu kimi dezinformasiyalar bizi ADR Partiyasının qeydiyyatı ilə bağlı prinsipial mövqedən çəkindiyimizi cəmiyyətə çatdırmağa xidmət edən qara piyarın tərkib hissəsidir. Hazırda heç bir partiya və şəxslə sövdələşmədən söhbət gedə bilməz. Belə  işləri bu cür yalanları yayanlar və idarəedənlər yaxşı bacarırlar”. 

Qubad İbadoğlunun sözlərinə görə ADR  partiyası qanunun normalarına uyğun olaraq Ədliyyə Nazirliyinə tələb olunan sənədləri vaxtında təqdim edib:

“Hazırda ADR-in qeydiyyatı ilə əlaqədar məhkəmə çəkişməmiz var. Ali Məhkəmədə işə baxılmasını gözləyirik”, - deyə iqtisadçı əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO