Bakıda taksi sürücülərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında sosial şəbəkə profilləri aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, araşdırmalarla həmin şəxsin müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 TikTok hesabı, 12 Instagram profili olması müəyyən edilib.
Xatırladaq ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:58 / 22.11.2022
Tutulan taksi sürücüsünün 66 sosial şəbəkə profili aşkarlandı
Hazırda oxunan: Tutulan taksi sürücüsünün 66 sosial şəbəkə profili aşkarlandı
Hazırda oxunan: Tutulan taksi sürücüsünün 66 sosial şəbəkə profili aşkarlandı
105687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.