Bir neçə gün bundan öncə Travmatologiya ve Ortopediya Elmi-Tədqiqat İnstitutuna yerləşdirilən tanınmış yazıçı Vidadi Babanlının səhhətində hələ ki, irəliləyiş yoxdur.
Bu barədə publika.az-a yazıçı özü məlumat verib:
xa0
“Həkimlər məni yeritməyə çalışırlar, amma hələ də buna nail ola bilmirəm. Bud sümüyümün sınığı düzgün bitişməyib, buna görə də həkimlər xaricdən gətirilən xüsusi aparatla sümüyü yenidən birləşdirməyə çalışırlar. Çünki yaşla əlaqədar mənə əməliyyat olmaz. Həkimlər, sağ olsunlar, qayğıma qalır, mənə xüsusi diqqət göstərirlər. Hətta reanimasiya şöbəsinin yanında ayrıca otaq da ayırıblar. Yaşlı adamam, bir yandan da bu xəstəliklər məni lap əldən salıb”x9d.
xa0
Qeyd edək ki, yazıçı yayda Zaqatalada istirahət edərkən yıxılaraq bud sümüyünü sındırmışdı.
































































































