Şəmkir sakini bıçaqlandı

Şəmkir sakini bıçaqlandı

Hazırda oxunan: Şəmkir sakini bıçaqlandı

105610

Şəmkir sakinini bıçaqlayan şəxs məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov yayıb.

Onun sözlərinə görə, Şəmkir rayon Polis Şöbəsinə rayonun Könüllü kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz İsayevin bir neçə bıçaq zərbəsi alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Araşdırmalar zamanı məlum olub ki, P. İsayev həmkəndlisi Azər Əliyev ilə mübahisə edən zaman, sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaq ilə ona bir neçə bıçaq zərbəsi vurmuş, P. İsayev isə A. Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Apa.az-ın məlumatına görə, hazırda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO