Samuxda narkotiklə tutulan şəxs: “Balıq tutanda çayda tapmışam” - FOTO

Samuxda narkotiklə tutulan şəxs: “Balıq tutanda çayda tapmışam” - FOTO

Hazırda oxunan: Samuxda narkotiklə tutulan şəxs: “Balıq tutanda çayda tapmışam” - FOTO

105557

Samux rayon sakinində narkotik maddə aşkarlanıb.  

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Teymur Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.  

Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

İlkin ifadəsində saxlanılan şəxs bildirib ki, Kür çayında balıq tutan zaman çayda göy rəngli sellofan görüb. İçərisinə baxdıqda narkotik vasitənin olduğunu bilib.  

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.  

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO