2 nömrəli Şəhər Poliklinikasında dünəndən başlayan 65 yaşdan yuxarı vaksinasiya prosesində indiyə qədər 23 nəfər peyvənd edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının həkimi Hüseynov Firuddin bildirib.
MÖVZU İLƏ BAĞLI:
Peyvənd olunmaq istəyənlər qeydiyyatdan keçməlidir - Sayt yaradıldı
Onun sözlərinə görə, vaksinasiyaya müraciət edənlər arasında imtina cavabı alanlar da olub:
“Əks göstəriş alan şəxsləri geri qayataraq başa salırıq ki, sizdə ehtiyatlı yanaşmalar var. Həmin adamlar 3 dəfə infarkt keçirənlərdir. Həmçinin, hipertanik kriz fonunda gələnlər var ki, onların təzyiqi həddən artıq yuxarı idi. Geri qaytarılan şəxslər arasında ağır şəkər xəstəsi olan da var”.
Bizim.Media