Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib:
“Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edillib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində sözügedən xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb".
V.Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.
*** 11.39
Goradil və Fatmayıda dəniz sahilində çoxlu sayda plastik hissəcik aşkarlanıb.
Bu barədə sosial şəbəkədə məlumatlar yayılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələdən xəbərdardılar:
“Hazırda Nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 21.11.2022
Xəzər sahilində tapılan hissəciklərlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Hazırda oxunan: Xəzər sahilində tapılan hissəciklərlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Hazırda oxunan: Xəzər sahilində tapılan hissəciklərlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
105448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.