Paytaxtda yük avtomobili qəza törətdi - FOTO

Paytaxtda yük avtomobili qəza törətdi - FOTO

Hazırda oxunan: Paytaxtda yük avtomobili qəza törətdi - FOTO

105428

Bakının Nəsimi rayonunda avtomobil qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ələsgər Ağayev idarə etdiyi ZİL markalı yük avtomobili ilə qəfil köməkçi yola manevr edib.

Bu zaman yük avtomobili sol zolaqda olan Şəhriyar Əlizadənin idarə etdiyi “Chevrolet” markalı minik maşınına çırpılıb. Zərbənin gücündən minik avtomobili deformasiyaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı əraziyə polislər cəlb edilib. Apa.az-ın məlumatına görə, baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO