İsmayıllıda polkovnik-leytenant ağır QƏZADA ÖLÜB 

İsmayıllıda polkovnik-leytenant ağır QƏZADA ÖLÜB 

Hazırda oxunan: İsmayıllıda polkovnik-leytenant ağır QƏZADA ÖLÜB 

105424

Noyabrın 19- u axşam saatlarında İsmayıllı şəhəri ərazisində piyadanın ölümü ilə bağlı yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdik.

Bizim.Media-nın yerli bürosuna DİN-in Şəki regional qrupundan bildirilib ki, qəza ilə bağlı araşdırmalar aparılır. 

İsmayıllı rayon polis şöbəsində aparılan ilkin araşdırmalarla yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları bəlli olub. 

Belə ki, sürücü Arif Mirzəyevin idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 43 yaşlı Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş.

Hazırda piyadanın ölümü ilə bağlı rayon polis şöbəsində araşdırmalar davam edir. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO