Qusardakı ağır qəza ilə bağlı cinayət İŞİ AÇILDI 

Qusardakı ağır qəza ilə bağlı cinayət İŞİ AÇILDI 

Hazırda oxunan: Qusardakı ağır qəza ilə bağlı cinayət İŞİ AÇILDI 

105419

Ötən gün Qusarın Əvəcuq kəndində baş verən qəza ilə bağlı Qusar rayon polis şöbəsində cinayət işi açılıb.

Bizim.Media xatırladır ki, noyabrın 20-də rayonun Hil kənd sakini, 29 yaşlı Kamil Ədilxanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Piral kənd sakini, 26 yaşlı Tural Hüseynovun idarə etdiyi "Tukson" markalı avtomobil toqquşub. 

Nəticədə “Jiquli”nin sürücüsü təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən keçinib.

Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir. Dünyasını dəyişən sürücü Kamil Ədilxanov iki uşaq atası idi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO