Xəbər verdiyimiz kimi, ötən gün Salyan rayonu, Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan naməlum kişi meyiti tapılıb.
Bizim.Media-nın cənub bürosunun məlumatına görə, öldürülən kişinin şəxsiyyəti məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Salyanda naməlum kişi meyiti tapıldı – Polis axtarışlara başladı
Belə ki, sözügedən şəxs 40- 45 yaşlarında olan Məmmədov Etibar Qüdrət oğludur.
Şahidlərin bildirdiyinə görə, qətlə yetirildikdən sonra izi itirmək məqsədi ilə meyit Xocalı kənd sakininin birinin darvazasının önünə atılıb.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu