Polis əməliyyat keçirdi - 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Polis əməliyyat keçirdi - 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Hazırda oxunan: Polis əməliyyat keçirdi - 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

105170

Samux rayonunda 37 yaşlı Elçin Qurbanovu bıçaqlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bunu Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, Samux Rayon Polis Şöbəsinə Elçin Qurbanovun daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini B.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov Bizim.Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO