Paytaxtda evə qumbara qoyaraq hədə-qorxu gələn şəxs tutuldu – DİN - VİDEO

Paytaxtda evə qumbara qoyaraq hədə-qorxu gələn şəxs tutuldu – DİN - VİDEO

Hazırda oxunan: Paytaxtda evə qumbara qoyaraq hədə-qorxu gələn şəxs tutuldu – DİN - VİDEO

105045

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsi 1 ünvanında yaşayan Ceyhun Cəfərzadənin evinə göndərilən hədiyyə paketindən qərənfil və qumbara çıxıb. 

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərdi - TƏFƏRRÜAT/VİDEO


Bildirilib ki, bu əməldə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ceyhun Cəfərzadə qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramovun göndərdiyini iddia etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO