Azərbaycan-Rusiya sərhədinin Qusarın Samur Gömrük Keçid Məntəqəsinin qarşısında neçə müddətdir yaranan yük avtomobillərinin növbəsi aradan qaldırılıb.
Bu barədə Bizim.Media-ya keçid məntəqəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın sərhəd və gömrük orqanlarının rusiyalı həmkarları ilə aparılan intensiv danışıqlardan sonra Rusiya tərəfi gün ərzində Azərbaycandan daha çox yük qəbul etməyə başlayıb və problem artıq həll olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Rusiya sərhədində SIXLIQ – Uzun növbə yaranıb
Artıq uzun növbə səbəbindən Rusiya Nəqliyyat Nazirliyinin yük avtomobillərinin Dağıstanın Tahirkənd Qazmalar keçid məntəqəsindən Azərbaycana dönmələrinə qoyduğu qadağa da aradan qaldırılıb. Yük avtomobilləri indi həm Yaraq Qazmalar, həm də Tahirkənd Qazmalar keçid məntəqəsi vasitəsi ilə ölkəmizə qayıdırlar.
İndi Rusiya istiqamətinə yük avtomobilləri maneəsiz hərəkət edirlər.
Qeyd edək ki,bir müddət əvvəl Samur keçid məntəqəsinin qarşısında yük avtomobillərinin böyük və uzun növbəsi yaranmışdı. Problem qonşu ölkənin keçid məntəqəsində yaşanırdı.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu