Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bizim.Media xəbər verir ki, layihədə İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində nəzərdə tutulub.
Bu isə cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.
Layihəyə əsasən, gələn il işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 41,1%-i özünüməşğulluq tədbirlərinin, 21%-i məşğulluq xidməti orqanının saxlanmasının, 16,5%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 10%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.
Həmçinin, 2023-cü ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq:
Məlumata görə, İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:27 / 17.11.2022
İşsizlərin NƏZƏRİNƏ: Sığorta xərcləri 31 milyon manat artdı
Hazırda oxunan: İşsizlərin NƏZƏRİNƏ: Sığorta xərcləri 31 milyon manat artdı
Hazırda oxunan: İşsizlərin NƏZƏRİNƏ: Sığorta xərcləri 31 milyon manat artdı
104959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.