Elnur Əliyevi bu vəzifədə o əvəz etdi - SƏRƏNCAM

Elnur Əliyevi bu vəzifədə o əvəz etdi - SƏRƏNCAM

Hazırda oxunan: Elnur Əliyevi bu vəzifədə o əvəz etdi - SƏRƏNCAM

104955

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Eyni zamanda, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.

Qeyd edək ki, bir il nazir müavini olan Elnur Əliyev DTX tərəfindən Mədəniyyət Nazirliyi ilə bağlı istintaqa cəlb edilib. Dindirildikdən sonra o, sərbəst buraxılıb. E.Əliyev noyabrın 3-də nazirin birinci müavini vəzifəsindən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO