İstiliyin verilməsində ilk gündən PROBLEM yarandı - “Azəristiliktəchizat” SƏBƏBİ açıqladı

İstiliyin verilməsində ilk gündən PROBLEM yarandı - “Azəristiliktəchizat” SƏBƏBİ açıqladı

Hazırda oxunan: İstiliyin verilməsində ilk gündən PROBLEM yarandı - “Azəristiliktəchizat” SƏBƏBİ açıqladı

104939

Noyabrın 15-dən yaşayış binaları, təhsil ocaqları, xəstəxanalara istiliyin verilməsinə başlanılıb. Buna baxmayaraq, bir sıra yerlərdə istiliyin verilməsi ilə bağlı problem yaşanır.

Bakının Xətai rayonu Sarayevo, Məzahir Rüstəmov küçələrinin, Yasamal rayonunun, eləcə də Yeni Günəşlidə V massivi adlandırılan ərazinin sakinləri istiliyin verilməsi ilə bağlı problem yaşandığını bildirirlər.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Bizim.Media-nın sorğusunu cavablandırarkən bildirib ki, hazırda problemin həlli istiqamətində iş aparılsa da, istiliyin verilməsi təmin olunmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

İstilik mövsümü başlayır - “Azəriqaz” İB "Azəristiliktəchizat" ASC-ni bu dəfə də “cəzalandıracaq”?


“Xətai rayon Sarayevo küçəsində d-325mm istilik xəttində yaranan axıntı səbəbindən sözügedən ünvanda bir neçə yaşayış binasının istilik təchizatı dayandırılıb. Hazırda axıntının qarşısının alınması üçün təmir bərpa işləri davam etdirilir.

Günəşli V massivi adlandırılan ərazidə 4 yaşayış binasının aşağı paylama istilik xəttindən oğurlanan armaturlar səbəbi ilə istilik yoxdur və sözügedən ərazidə “ASC”-yə məxsus istilik xəttində yaranmış axıntının isə qarşısı alınıb. Hazırda qaynaq işləri görülür. Həmçinin 4 yaşayış binasında aşağı paylama istilik xətlərində oğurlanan ventil və qapayıcılar bərpa edilir. Gün ərzində istilik olacaq.

Yasamal ərazisində 364 saylı qazanxana xidmətində çıxış xəttində axıntı hazırda araşdırılır və qısa zamanda səbəb tapılaraq qarşısının alınması və qazanxana xidmətinin fəaliyyərtinin bərpa edilməsi həmin İstilik Sistemləri İstismar Sahəsi rəsinə tapşırılıb. Sözügedən ünvanlara müvafiq xidmətlər tərəfindən lazımi texniki kömək göstərilib”.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO