Şəmkirdə meyiti tapılan 41 yaşlı kişinin ÖLÜM SƏBƏBİ 

Şəmkirdə meyiti tapılan 41 yaşlı kişinin ÖLÜM SƏBƏBİ 

Hazırda oxunan: Şəmkirdə meyiti tapılan 41 yaşlı kişinin ÖLÜM SƏBƏBİ 

104898

Bu gün səhər saatlarında Şəmkir rayon Yeni Həyat kənd yolunda naməlum kişi meyiti olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, ilkin araşdırmalar nəticəsində meyitin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olduğu iə ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində öldüyü müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə yol kənarında meyit tapıldı


Onun sözlərinə görə hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalara başlanıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO