Balakəndə xurma ağaclarda çürüyür – Fermerlərin PROBLEMİ nədir?

Balakəndə xurma ağaclarda çürüyür – Fermerlərin PROBLEMİ nədir?

Hazırda oxunan: Balakəndə xurma ağaclarda çürüyür – Fermerlərin PROBLEMİ nədir?

104862

Ölkədə kənd təsərrüfatının və aqrar sektorun inkişafının vacibliyi fikri, hər gün demək olar ki, yüksək tribunalardan səsləndirilir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, regionlarda yaşayan əhalinin məşğulluğunun təmin olunmasında, onların sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Kənd adamları öz torpağından, necə deyərlər, ikiəlli yapışıb, təsərrüfatını qurub, genişləndirib, inkişaf etdirir.

Daha aydın ifadə etsək, kəndlinin qazancı torpaqdan, əkin-biçindən çıxır. Torpaq mülkiyyətçisi üçün başlıca hədəf, aqrotexniki qaydalara riayət etməklə daha keyfiyyətli məhsul yetişdirməkdirsə, onu qayğılandıran digər mühüm amil min bir əziyyətlə əldə etdiyi bu məhsulu daxili və xarici bazara çıxarmaq, satmaq, pula çevirməkdir. Təəssüf ki, bu, heç də hər zaman planlaşdırılan şəkildə, asanlıqla həyata keçmir. Xüsusən də məhsuldarlıq bol olan vaxtlarda, mövsümlərdə kəndli müəyyən çətinliklərlə, o cümlədən süni maneələrlə rastlaşır. 

Şəxsi maraqlar naminə ənənəvi süni əngəllər...
 

MÖVZU İLƏ BAĞLI:

Şimal rayonlarında fermerlər taxıl əkməkdən imtina edirlər? - SƏBƏB


Azərbaycandan Rusiya bazarlarına buraxılmayan məhsullardan biri də xurma meyvəsidir. Kənd təsərrüfatına dəyən zərbə Şimal-Qərb bölgəsindən də yan keçməyib. Belə ki, kənd təsərrüfatında ixrac potensialı yüksək olan xurmaçılıq Şimal-Qərb bölgəsində olduqca geniş yayılıb. Əsasən Balakən və Zaqatala rayonlarında xurma bağları çoxluq təşkil edir. Hazırda bağlarda məhsul yığımı başa çatmaq üzrə olsa da, əsasən həyətlərdə qalır.

Bizim.Media-nın yerli bürosu bildirir ki, Balakənin Katex kəndi nəyinki ölkəmizdə eləcə də Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə xurması ilə tanınıb. Sakinlər bağlarında daha çox xurma yetişdirib və məhsullarını toplayaraq Rusiya və Ukrayna bazarlarına çıxarardı. Yetərincə gəlir əldə edən katexlilər ev tikər, oğul evləndirib, qız köçürərmiş. Son illər isə bu məhsulun bazarı bağlanıb.

Buna misal, həyətində məhsul yığan Məzahir Məmmədovun məhsulları kimi:

“Ağacda görürsünüz, batır, yığıram, tökürəm bəlkə kimsə gələr sataram. Keçən illər heç olmasa dəyər-dəyməzinə satırdıq. İndi bu il alan da yoxdu, vəziyyət pisləşir. Ağacda xarab olur. Bəzilərini yığıb quruduram bəlkə qurusunu sata bilərəm”, - deyə sahibkar bildirib.
Məzahir Məmmədovun sözlərinə görə, daxili və xarici bazarlarda xurmanın şişburun növünə tələbat yüksəkdir. Xurma yığımı başa çatmaq ərəfəsində olmasına baxmayaraq, daxili və xarici bazarlara məhsulu tədarük edən sahibkarlar tərəfindən alıcılıq qabiliyyəti ötən illərə nisbətən xeyli azalıb. Buna səbəb isə, Rusiya və Ukrayna arasında gedən müharibədir. Ötən il çeşidindən asılı olaraq şişburun xurma növünün tək cərgə olan bir yeşiyi 4-6 manata alınırdısa, bu il bu rəqəm 2-3 manat arasında dəyişir. Bir sözlə qiymətlər iki dəfəyə kimi aşağı enib: “Qiymət elə də qənatbəxş deyil. Hardasa 10-12 qəpiyə, onu da götürən olsa. Qalmışıq belə. Bilirsiniz ki, Katex kəndi xurma məskənidir. Katexdə 100 tonlarla xurma var. Bu xurmanı tədarük edən, bir yiyə duran yoxdu”.

Katex sakini həyətindəki yaş xurmanın xarab olmaması üçün onun bir hissəsini qurutduğunu deyir və anbardakı həmin məhsulu göstərir: “Adətən yaş xurma ilə yanaşı onun qurusuna da müştəri olardı . Təssüf ki, son vaxtlar xurma qurusunun da alıcısı azalıb”. 

Xurma elə məhsuldur ki, bir ay ömrü olur...

Digər kənd sakini Eyvaz Tinayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində məhsulun bazarlara çıxarılmasındakı çətinlikdən, qiymətlərin aşağı olmasından narahatlıq ifadə edib:

“10 qəpikdən bizdən xurma istəyirlər. Bizdə isə onun kilosunu 15 qəpiyə yığırlar. 10 qəpiyə olan xurmaya heç sahib çıxan yoxdu. Biz istərdik ki, dövlət yanımızda olsun, xurmanı Rusiya, Ukrayna bazarlarına aparanlara köməklik göstərilsin. Xurma el məhsuldur ki, bir ay ömrü olur, bir ayın içində batır”.
Məsələ ilə əlaqədar Balakən rayon Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxladıq. Bildirildi ki, pandemiya ilə əlaqədar yolların bağlı olması sahibkarların xarici bazarlara çıxışında bır sıra problemlər yaradıb. Digər tərəfdən Rusiya ilə Ukrayna arasında davam edən müharibə də məhsulun əsas bazarlara daşınmasına maneələr yaradır. Bu baxımdan sakinlərin iri istehsalçılarla əlaqələrin yaradılmasına, yerli bazarlara çıxışına yollar aranır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO