Kürdəmirdə 16 yaşında nişanlanan qızın valideynlərinə XƏBƏRDARLIQ EDİLDİ – DİN 

Kürdəmirdə 16 yaşında nişanlanan qızın valideynlərinə XƏBƏRDARLIQ EDİLDİ – DİN 

Hazırda oxunan: Kürdəmirdə 16 yaşında nişanlanan qızın valideynlərinə XƏBƏRDARLIQ EDİLDİ – DİN 

104829

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov Bizim.Media-ya bildirib ki, faktla bağlı Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur:

"Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini etiraf edərək, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər".

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə Kürdəmirdə məktəbli qızın nişanlanması ilə bağlı paylaşım edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO