Azad edilən ərazilərə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində görüləcək işlər açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ
Tədbirlər Planına əsasən, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aşağıdakı işlər görüləcək:
1.Müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi;
2.Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması;
3.Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi;
4.İşğaldan azad edilmiş ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası;
5.Bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması;
6.Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması;
7.Qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, onların əlçatanlığının təmin edilməsi;
8.İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması;
9.İnsan kapitalının inkişaf etdirilməsi;
10.Ərazilərdə sosial dəstək mexanizmlərinin geniş tətbiqi.
Bizim.Media