Ağcabədidə bədbəxt hadisə - İri buynuzlu heyvanın vurduğu qadın ölüb

Ağcabədidə bədbəxt hadisə - İri buynuzlu heyvanın vurduğu qadın ölüb

Hazırda oxunan: Ağcabədidə bədbəxt hadisə - İri buynuzlu heyvanın vurduğu qadın ölüb

104722

Ağcabədidə baş vermiş bədbəxt hadisə nəticəsində rayon sakini qadın vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə noyabrın 15-də rayonun Qaraxanlı kəndində qeydə alınıb. 

Belə ki, yol kənarı ilə piyada hərəkət edən kənd sakini, 1967-ci il təvəllüdlü İmanova Qəmza Osman qızı iri buynuzlu heyvanın vurması nəticəsində ağır xəsarət alıb. 

Hadisə şahidlərinin sözlərinə görə, inəyin vurması ilə yerə yıxılan Q.İmanovanın başı daşa çırpılıb. 

Yaralı Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO