Bayraq Günü Aqrar Universitetdə intellektual oyunla qeyd edilib

Bayraq Günü Aqrar Universitetdə intellektual oyunla qeyd edilib

Hazırda oxunan: Bayraq Günü Aqrar Universitetdə intellektual oyunla qeyd edilib

104616
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində 9 noyabr Dövlət Bayraqı günü və Konstitusiya günü münasibəti ilə geniş tədbir kecirilib. Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət  Himni səsləndirilib.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə tədbiri giriş sözu ilə fakültə dekanı dosent Məhərrəm İsmayılov açıb. Tələbələrdən Günel Şərifzadə, Ülkər Həsənova, Nurlana Əslibəyova, Səkinə Baxışzadə dövlətçilik ruhlu şerlərdən parçalar səsləndirib. Tədbir fakültənin birinci kurs tələbələri arasında 6 komanda arasında keçirilən intelektual yarışla davam edib.

 Tələbələrin siyasi dünya görüşünə, dövlət atributlarına aid suallar maraqla dinlənilib, dolğun cavablar isə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Yarışda ekologiya komandası 1-ci yeri, torpaqşunaslıq komandası isə 2-ci yeri qazanıb.

Qalibl komandalara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO