Tovuzda törədilən dəhşətli qətllə bağlı RƏSMİ AÇIQLAMA

Tovuzda törədilən dəhşətli qətllə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Tovuzda törədilən dəhşətli qətllə bağlı RƏSMİ AÇIQLAMA

104603

Tovuz rayonunda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 15-i saat 22 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü ərazisində 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri,1987-ci il təvəllüdlü Xaliq Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ramilə Rüstəmovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO