Həmyerlimizin dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - FOTO 

Həmyerlimizin dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - FOTO 

Hazırda oxunan: Həmyerlimizin dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - FOTO 

104601

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində həmyerlimiz Samir Sadıqovun dizayn etdiyi “GenesisXconvertible” avtomobili təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məşhur aparıcı və DJ Tural Yusifov “Facebook” hesabında məlumat paylaşıb. 

“Sizə eksklüziv bir xəbəri çatdırım. Bu gün bir neçə saat bundan öncə Los-Angeles-də Samir Sadıqovun dizayn etdiyi avtomobil təqdim edildi. Bu həqiqətən də böyük bir hadisədir.

Əcnəbilər bizimkinin dizayn etdiyi avtomobili heyranlıqla seyr edir və Samirə öz təbriklərini çatdırırdılar. Bir azdan bu haqda kiçik vlogu paylaşacam. Həqiqətən avtomobil çox gözəl alınıb” – deyə məlumatda qeyd edilib. 

Məlumat üçün bildirək ki, Gəncədə doğulmuş və hal-hazırda Almaniyada yaşayan Samir Sadıxov konseptual avtomobil sənayesi sahəsində ən tanınan dizaynerlərdən biridir.

Hal-hazırda “Genesis Motors”da (Cənubi Koreyanın dünya şöhrətli “Hyundai” markasının lüks avtomobillər istehsal edən qolu) çalışan S.Sadıxov, 2018-ci ildə “Automobile Magazine” jurnalının təsis etdiyi avtomobil dizaynı sənayesində ən nüfuzlu mükafatlardan biri sayılan “İlin ən yaxşı konsept avtomobili” mükafatına layiq görülən komandada yer alıb. 

Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO