Tovuzda baş verən qətlin TƏFƏRRÜATLARI - YENİLƏNİB 

Tovuzda baş verən qətlin TƏFƏRRÜATLARI - YENİLƏNİB 

Hazırda oxunan: Tovuzda baş verən qətlin TƏFƏRRÜATLARI - YENİLƏNİB 

104568

Tovuzda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna məlumat verib. 

Məlumata görə, polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi müəyyən edilib.  
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübutla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 00.06

Tovuzda kişi arvadını qətlə yetirdi.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alını. 

Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanı qətlə yetirib.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanıb.

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO