Pensiyalar niyə artmalıdır? – Vahid Əhmədov SƏBƏBİNİ AÇIQLADI 

Pensiyalar niyə artmalıdır? – Vahid Əhmədov SƏBƏBİNİ AÇIQLADI 

Hazırda oxunan: Pensiyalar niyə artmalıdır? – Vahid Əhmədov SƏBƏBİNİ AÇIQLADI 

104509

Ötən həftə mediada xəbər yayıldı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitə iclasında 2023-cü ildə ümumi pensiyanın 400, yaşa görə pensiyanın isə 460 manata çatdırılacağını söyləyib.

Millət vəkili Vahid Əhmədov Bizim.Media-ya açıqlamasında yayılan informasiyaya aydınlıq gətirib:

“Gələn ilki büdcədə orta pensiyanın həcmi 460 manat nəzərdə tutulur. Amma minimum pensiya gələn il 55-60 manat həcmində artacaq. Komitə iclasında məsələ qoyduq ki, pensiyaçıların hamısı 460 manat almır. 280-300 manat alan da var. Biz bunu minumum qaldırmaq istəyirik. Çünki qarşıdan gələn il süni qiymət artımı, xaricdən gətirilən məhsulların bahalığı və sair üstələmək üçün mütləq aztəminatlı ailələri nəzərə almaq lazımdır”.

Vahid Əhmədov orta aylıq əmək haqqına da toxunub:

“Orta aylıq əmək haqqı bu gün bizdə 800 manatdır. Amma hamı 800 manat almır. 350-400 alan da var. İctimai işlərə cəlb olunanlar məsələn 300 manat alır. Ümumiyyətlə, 2023-cü ilin dövlət büdcəsində kifayət qədər artımlar var. Məsələn, ehtiyac meyarı 190 manat idi, indi olacaq 246 manat. İlk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabər tutulub. Orta aylıq əmək haqqının gələn il 898 manata çatdırılması nəzərdə tutulub. Ümumi götürəndə, 2023-cü ildə insanların gəlirləri 10 milyard manata yaxın artacağı proqnozlaşdırılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO