ABŞ-ın “Nyu York Times” qəzeti: “Erməni səngərlərində qorxu hakimdir”

ABŞ-ın “Nyu York Times” qəzeti: “Erməni səngərlərində qorxu hakimdir”

Hazırda oxunan: ABŞ-ın “Nyu York Times” qəzeti: “Erməni səngərlərində qorxu hakimdir”

1045

ABŞ-ın nüfuzlu “Nyu York Times” qəzeti  “Amansız müharibənin ön cəbhəsi: “Dağlıq Qarabağda ölüm və çarəsizlik” başlıqlı məqalə dərc edib. Məqalədə erməni əsgərlərinin qorxulu yuxusu olan pilotsuz uçuş aparatlarının onların aciz qalmasına səbəb olduğunu qeyd edir. 

Bizim.Media xəbər verir kiqəzetin əməkdaşı Anton Troianovski, fotoqraf Sergey Ponomaryovla birgə Dağlıq Qarabağın qondarma respublikasının mərkəzi olan Xankəndinə gediblər. 

“Azərbaycan Ordusu artilleriya və PUA zərbələri ilə 27 sentyabrdan etibarən cəbhədə irəliləməyə davam edir. Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın PUA-larını sıradan çıxarmaq gücündə deyil” ifadəsi ilə gördüklərini oxucuların nəzərinə çatdırıblar. 

Həmçinin “Azərbaycan silahlı qüvvələri qarşısında aciz qalan Ermənistan gəncləri və könüllüləri cəbhəyə göndərir. Hətta cəbhəyə göndərilənlər arasında veteran əsgərlər də var” deyə qeyd edən jurnalist erməni qüvvələrinin nə dərəcədə qorxaq, gücsüz olduğunu öz gözləri ilə şahid olub.

 “O qədər sürətlidirlər ki, onlarla bacarmırıq. Qorxmadığımızı deməyəcəm. Hamımız çox qorxuruq ”. Bu ifadələri qəzetə Birinci Qarabağ savaşında iştirak edən erməni əsgər Artur Aleksanyan deyib. O, həmçinin qeyd edib ki, əvvəllər Kalaşnikov avtomatları çox əhəmiyyətli idi, amma indi şərtlər fərqlidir.

 “Birini öldürürük amma qaçmırlar. Daha sonra birini də öldürürük, sonra daha birini, amma gəlməyə davam edirlər. Robot kimidirlər, gəlməyə davam edirlər”. Ön cəbhədə döyüşən Tiqran Saakyan isə Azərbaycan əsgərlərindən qorxusunu belə ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO