“Oğlumu Xocahanda dağ başında dəfn etdik” – Ağalar Bayramov övladının ölümündən danışdı

“Oğlumu Xocahanda dağ başında dəfn etdik” – Ağalar Bayramov övladının ölümündən danışdı

Hazırda oxunan: “Oğlumu Xocahanda dağ başında dəfn etdik” – Ağalar Bayramov övladının ölümündən danışdı

10436

Əməkdar artist, qiraətçi Ağalar Bayramov 28 illik ayrılıqdan sonra Qubadlıda oğlunun qəbrini ziyarət etməsindən danışıb.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, övladı 1991-ci ildə qatar qəzasında faciəvi şəkildə həyatını itirib:
 

MÖVZU İLƏ BAĞLI:

Əməkdar artist 28 ildən sonra oğlunun qəbrini ziyarət etdi - FOTO/VİDEO


“Övladım Şəhriyar 1991-ci ildə vəfat etdi. Mənim əslim Ucardan olsa da, ömür-gün yoldaşım Şamama Qubadlı rayonunun Xocahan kəndindəndir.

Oğlum hər il 1980-ci ildən həlak olan günə qədər, Qubadlının Xocahan kəndində nənə-babasını görməyə gedirdi. Həlak olanda da qərar verdik ki, əbədi olaraq orada uyusun. Ona görə nəşini  Xocahana apardıq  və 1991-ci il may ayının 4-də onu Xocahanda dağın başındakı qəbirstanlıqda dəfn etdik”.

Əməkdar artist işğaldan azad olunan torpaqlara səfər etdiyi zaman dağıdılmış evlərin onu kövrəltdiyini də deyib:

“İnanırsız, onu sözlə ifadə etmək çox çətindir. Cəbrayıldan, Zəngilandan və digər işğaldan azad olmuş torpaqlarda dağıdılmış yurdları görəndə hansı hissləri keçirdiyimi bir Allah bilir.  O ərazilərdən son dəfə 1990-cı illərdə çıxmışam. Mənim kimi həssas insan üçün o hissləri keçirmək çox ağırdır”, - deyə o bildirib. 

Sonda Ağalar Bayramov fikirlərini bu sözlərlə bitirib:

“Yaşadığım hisslər dastanlara sığmayan duyğulardır. Mən azad olunmuş torpaqlarımızı ziyarət edərkən həm sevindim, həm də kədərləndim.

Ona görə sevindim ki, artıq bu torpaqlardayıq, hətta əyilib torpağı öpdüm. Lakin  düşmənin o torpaqlarda etdiklərini gördükdə çox kədərləndim. Oraların bu cür  xarabalığa çevrildiyi üçün çox kövrəldim”.

Vüsalə Balayeva, Aliya İlyas, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO