MEDİA jurnalistləri Bakı Limanında – FOTO  

MEDİA jurnalistləri Bakı Limanında – FOTO  

Hazırda oxunan: MEDİA jurnalistləri Bakı Limanında – FOTO  

104323

Bu gün  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın logistika imkanları. Real vəziyyət və gələcəyə baxış” adlı silsilə sahəvi jurnalistika təliminin növbəti mərhələsi keçirilib.  

Bu barədə Bizim.Media-ya Medianın İnkişafı Agentliyindən məlumat verilib. 

Məlumata görə, logistika mərkəzinə səfər və seminarlardan ibarət olan təlimin əsas məqsədi Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi əhəmiyyətə malik olan və böyük gələcək vəd edən Azərbaycanın logistik imkanları barədə media təmsilçilərinin dolğun məlumatlanmasını təmin etməkdir.  

Təlim çərçivəsində jurnalistlər əvvəlcə Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarına səfər edərək ölkəmizdən tranzit keçən yüklərin aşırılması prosesi, əsas daşınma istiqamətləri və növləri, bu prosesdə istifadə edilən texniki avadanlıqlarla bağlı məlumat əldə edib, onları maraqlandıran suallara cavab tapıblar. 
Təlim zamanı media təmsilçilərinə Bakı Limanının və  Limanda fəaliyyət göstərən beynəlxalq logistika şirkətlərinin peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun inkişafı üçün həm Azərbaycan, həm də dəhlizin keçdiyi digər ölkələrdə icra edilən və edilməli olan layihələrlə bağlı məlumat verilib.

Eyni zamanda, iştirakçılar “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə də məlumatlandırılıb, jurnalistlərin sualları cavablandırılıb. 
Təlim çərçivəsində iştirakçılar regionun ilk Yaşıl Limanı olan Bakı Limanında tətbiq edilən müasir elektron sistemlərin yükaşırmaya təsiri imkanları ilə tanış olub, Bakı Limanında ətraf mühitin mühafizəsi üçün həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO