Bakıda məktəb direktoruna şiddətli töhmət verildi

Bakıda məktəb direktoruna şiddətli töhmət verildi

Hazırda oxunan: Bakıda məktəb direktoruna şiddətli töhmət verildi

104281

Bakıda sinif otağında şagirdlərin yemək bişirməsinə şərait yaradan məktəb direktoruna şiddətli töhmət verilib. 

Bu barədə Bizim.Media Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir. 
 
Bildirilib ki, paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar İdarə araşdırma aparıb:

"Araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib". 

Qeyd edək ki, sinif otağında şagirdlərin pomidor-yumurta bişirmələrini özündə əks etdirən videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO