Ankara terrorunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Ankara terrorunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Hazırda oxunan: Ankara terrorunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

10427
Ankarada baş vermiş partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. 
Oxu.Az-ın xəbərinə görə, Trend-ə bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat veriblər.
Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olmaması xəbərini Türkiyə Daxili İşlər Nazirliyindən və Türkiyə Səhiyyə Nazirliyindən səfirliyə təsdiq ediblər.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.
Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO