Paytaxtda gənc qadının öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Paytaxtda gənc qadının öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Paytaxtda gənc qadının öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

104160

Noyabrın 12-si Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Nərimanov rayon Prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyyəsinə xəsarət yetirərək Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Elnur Məhərrəmovun olduğu yer müəyyən edilməklə  şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO