Ağır yaralansa da xəstəxanadan qaçaraq döyüşə qatılan QƏHRƏMAN - FOTO

Ağır yaralansa da xəstəxanadan qaçaraq döyüşə qatılan QƏHRƏMAN - FOTO

Hazırda oxunan: Ağır yaralansa da xəstəxanadan qaçaraq döyüşə qatılan QƏHRƏMAN - FOTO

104085

"Pələng" ləqəbli Sahib Musayev Şuşa uğrunda gedən döyüşdə ağır yaralanmasına baxmayaraq düşmən tankına hücum edərək onu susdurub.

Vətən müharibəsində böyük şücaət göstərmiş qəhrəmanlardan biri də əslən Qax rayonunn Şotavar kəndindən olan Sahib Musayevdir.

36 yaşında şəhidlik zirvəsinə yüksələn Sahib məktəb vaxtlarından hərbiyə böyük həvəs göstərib. Fiziki və mənəvi hazırlığı komandirlərin diqqətindən yayınmayıb.  Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum"  Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı olan Sahib Musayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Aprel döyüşlərinin də iştirakçısı olan Sahib Musayev qatıldığı döyüşlərdə verilən tapşırıqları böyük şücaətlə yerinə yetirməsi komandanlığın diqqətindən yayınmayıb.

Döyüşlərin birində ayağından yaralanan miçmanın 2 gün sonra xəstəxanadan qaçaraq yoldaşlarının yanına qayıtması isə vətənə olan sevginin əlaməti idi. Onun israrla döyüşə qatıldığını görən komandanlıq yaralı vəziyyətdə hərəkət etməsində çətinlik çəkdiyini görüb və bir qədər arxa xətdə irəliləməsini tapşırıb.

Lakin əməliyyatın gedişində məlum olub ki, Sahib yenə öndədir və düşmənin arxasına sızaraq yüksəkliyi təmizləyib.

"Pələng" ləqəbli Sahib Musayev Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanır. Lakin düşmən tankının digər döyüş yoldaşlarını hədəf aldığını görərək onun üzərinə yeriyir və bütün heyəti susdurur. Özü isə qəhrəmancasına şəhid olur.

İki övlad atası olan Sahib Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçən igidimizin anım günündə bir daha onun keçdiyi döyüş yoluna nəzər salınıb, qəhrəmanlığından bəhs olunub.

O da diqqətə çatdırılıb ki, hazırda Qax şəhərinin küçələrindən biri Sahib Musayevin adını daşıyır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!  AMİN!

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO