Bakıda qadın polis cinayətkarı zərərsizləşdirdi

Bakıda qadın polis cinayətkarı zərərsizləşdirdi

Hazırda oxunan: Bakıda qadın polis cinayətkarı zərərsizləşdirdi

104036
Bakının Nizami rayonunda qadın polis cinayətkarı hadisə yerində yaxalayıb.

Moderator.az xəbər verir ki, bu barədə haqqin.az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.

Noyabrın 2-də Qara Qarayev prospektində 86 saylı binanın qarşısında gənc oğlan Bakı sakini Elmira Həsənovanın (1951-ci il təvəllüdlü) içində 450 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsi olan çantasını alıb.

Çantanı aldıqdan sonra cinayətkar hadisə yerindən qaçıb. Bunu görən qadın polis cinayətkarın ardınca qaçıb. O, cinayətkarı saxlayaraq onun qollarını burub və onu rayon polis idarəsinə təhvil verib.

Qəhrəman qız Nizami rayon Polis İdarəsinin Patrul Xidmətinin əməkdaşı, kiçik serjant Səmədova Aygün Qurban qızı (1986-cı il təvəllüdlü) olub.

Fakt üzrə paytaxt sakini Elçin Nadir oğlu Xudatov (1986-cı il təvəllüdlü) saxlanılıb. Hal-hazırda Xudatovun digər əmlak xarakterli cinayətlərə aidiyyatı olması üzrə yoxlama aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO