Düşmənə dərs keçən Şuşa fatehləri Gəncədə anıldı - FOTO

Düşmənə dərs keçən Şuşa fatehləri Gəncədə anıldı - FOTO

Hazırda oxunan: Düşmənə dərs keçən Şuşa fatehləri Gəncədə anıldı - FOTO

103974

Bu gün Vətən müharibəsi şəhidləri, Daşkəsən rayonunda doğulub, boya-başa çatan əsgər İsrafilov Vidadi Vaqif oğlu və Abdullayev Həsən Qərib oğlunun Gəncə Şəhidlər Xiyabanında izdihamlı anım mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidlərin ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon böməsinin rəisi, Şəhidlərin ailə üzvləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata əsasən, əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb və dualar oxunub.

Həmçinin Əhəd Abıyev çıxışında hər iki şəhidin ailə üzvlərinə rayon ictimaiyyətinin başsağlığını çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi tarixi qələbədən, habelə ildönümü qeyd olunan şəhidlərin həyatından, keçdikləri şərəfli döyüş yolundan söz açıb. İcra başçısı bütün şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov və Həsən Abdullayevin atası Qərib Abdullayev ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.  

Qeyd edək ki, Həsən Abdullayev 6 noyabr, Vidadi İsrafilov isə 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Hər iki şəhidimiz 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunublar. 

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO